Geri qayıt Çap et

Qaranlıq olub anasını görmədən üstündən keçib-Ucardakı bədbəxt hadisənin TƏFƏRRÜATI-VİDEO

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.

Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.

Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.

Ağır xəsarət alan Adilə Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Videoreportajı təqdim edirik: