Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata hücum edən canavarlar təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf edib.
Hadisə nəticəsində təsərrüfat sahibinə ciddi maddi ziyan dəyib. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.