Geri qayıt Çap et

Yağışlı hava Sumqayıtda bəzi ərazilərdə hərəkəti çətinləşdirdi

Ötən gündən davam edən yağışlı hava Sumqayıt şəhərində bəzi ərazilərdə müəyyən çətinliklər yaradıb.

Yağıntılar nəticəsində şəhərin bir sıra küçələrində su yığılması müşahidə olunub. Bu səbəbdən bəzi istiqamətlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklər yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə vəziyyətin normallaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Bəzi yerlərdə elektrik təchizatı və işıqlandırma sistemlərinin işində qısa müddətli fasilələr qeydə alınıb. Məsələ ilə bağlı müvafiq xidmətlər tərəfindən işlər davam etdirilir.

Su yığılmalarının aradan qaldırılması və hərəkətin tam bərpası üçün operativ tədbirlər həyata keçirilir.

Ellada Rəsul

DenMedia.az