ABŞ-nin məşhur metal qrupu Metallicanın Afinadakı konserti zamanı mikroseysmik təkanlar qeydə alınıb.
Bu barədə yunan nəşri Ekathimerini Afina Geodinamik İnstitutunun məlumatına istinadən yazıb.
Bildirilib ki, konsertə 80 mindən çox insan qatılıb.
Məlumata görə, “konsert təkanları” adlandırılan mikroseysmik hərəkətlər izdihamın eyni anda ritmik hərəkəti nəticəsində yaranıb.
Afina Geodinamik İnstitutu təkanların real vaxt rejimində qeydə alındığını açıqlayıb.