Geri qayıt Çap et

Abşeronda təhlükəli anlar: Açıq vəziyyətdə əl qumbarası aşkar edildi- VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində kanalizasiya xəttində partlamamış əl qunbarası aşkar edilib.

Bu barədə Denmedia.az-a qəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, səhər saatlarında qəsəbənin drenaj-kanalizasiya xəttində açıq vəziyyətdə əl qumbarası tapılıb. Şübhəli əşyanı ərazidə yaşayan sakinlər aşkar edərək dərhal aidiyyəti qurumlara məlumat veriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilib və təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nizami Rəsulov

Denmedia.az