Geri qayıt Çap et

Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Denmedia.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.