Geri qayıt Çap et

60 yaşlı kişini avtomobil vuraraq öldürdü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az  xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndində qeydə alınıb.

"VAZ" markalı minik avtomobili 1966-cı il təvəllüdlü T.Məmədovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.