İngiltərədə azərbaycanlı qadın vəfat edib.
Denmedia.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib.
Qeyd edək ki, N.Qasımzadə “Westminster” Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb. O, daha sonra İngiltərədə qalaraq burada tibb sahəsində çalışmağa başlayıb.