Geri qayıt Çap et

Almaniya səmasında təhlükəli anlar: İki təyyarə 800 metr yüksəklikdə toqquşdu

Almaniyada motoplaner və vintli mühərriklə işləyən təyyarə 800 metr yüksəklikdə toqquşub. Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Mənbənin bildirdiyinə əsasən, hər iki hava gəmisinə cüzi ziyan dəyib.

Məlumatda deyilir:

Bazar günü gündüz saatlarında təxminən 800 metr yüksəklikdə toqquşma baş verib. Hər iki təyyarə yüngül zədələr alsa da, pilotlar Şpayyer və Hokkenhaym aerodromlarına qayıdaraq təhlükəsiz eniş edə biliblər.

DenMedia.az