Geri qayıt Çap et

Nərimanovda içi pulla dolu seyf aparıldı

Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birində içərisində pul və hədiyyə kuponları olan seyf oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs mağaza əməkdaşlarının nəzarətsizliyindən istifadə edərək seyfi arxa girişdən çıxarıb.

Seyfin içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olub.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

DenMedia.az