Geri qayıt Çap et

Bakıda pəncərəni silən qadın binadan yıxılıb öldü

Bakıda qadın binadan yıxılaraq ölüb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadsiə Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb.

Binanın 4-cü mərtəbəsindəki yaşadığı evin pəncərəsini silən 37 yaşlı Aynur Alim qızı Səfərova yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Araşdırma aparılır.