Geri qayıt Çap et

Moldovada hərbçilərin təsadüfi atəşi səbəbindən məktəbli ürəktutmadan öldü

Moldovanın Kaqul şəhərində hərbçinin açdığı atəşlə bağlı insidentdən sonra 16 yaşlı yeniyetmə həyatını itirib.

Bu barədə polis məlumat yayıb.

İlkin məlumata görə, yeniyetmənin ölümünə ürək dayanması səbəb olub.

Bildirilir ki, o, hadisə yerində olub, şoka düşərək huşunu itirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, 20 yaşlı müqaviləli hərbçi “Glock” tapançası ilə ehtiyatsız davrandığı üçün çağırışçı əsgər yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və həyatına təhlükə olmadığı bildirilir.

İlkin versiyaya əsasən, atəş təsadüfən açılıb.

Silah ekspertiza üçün götürülüb, polis və prokurorluq araşdırmaları davam etdirir.

DenMedia.az