Geri qayıt Çap et

Bakıda usta mərmər sexində faciəvi şəkildə öldü

Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Sexdə mərmər qırılaraq usta işləyən Biləsuvar rayon sakini 57 yaşlı Azər Gülağa oğlu Babayevin başına dəyib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.