Geri qayıt Çap et

61 yaşlı qadın ürəyindən bıçaqlandı

Abşeronda bıçaq xəsarəti alan qadın ölüb.

Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini 61 yaşlı Nura Qiyas qızı Namazova yaşadığı evdə naməlum şəraitdə ürəyindən bıçaq yarası alıb. Nəticədə qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.