Geri qayıt Çap et

Sumqayıtda stadionda meyit tapıldı

Sumqayıt şəhərində, Mehdi Hüseynzadə küçəsində yerləşən stadionun idman zalında obyektin administratoru, 1999-cu il təvəllüdlü Zəngilan rayon sakini Cəmil Allahverdi oğlu Qətəmxanovun meyiti tapılıb.

Hadisə mayın 6-da saat 09:00 radələrində baş verib.

Bildirilib ki, kişi intihar edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Denmedia.az