Geri qayıt Çap et

Şaxtada dəhşət: doqquz mədənçi diri-diri basdırıldı

Kolumbiyanın Kundinamarka departamentində kömür şaxtasında baş verən partlayış nəticəsində doqquz mədənçi həyatını itirib.

Bu barədə bölgə qubernatoru Xorxe Emilio Rey X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, La Trinidad şaxtasında, Sutatausa ərazisində bloklanmış işçilərin cəsədləri artıq tapılıb.

Digər altı mədənçi isə xilas edilərək xəstəxanaya yerləşdirilib.

Denmedia.az