Geri qayıt Çap et

Goranboyda mikroavtobusla minik maşını toqquşdu, 6 yaralı var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadla bildirir ki, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobusla "Ford" markalı minik avtomobilli toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.