Geri qayıt Çap et

Yanacaq balonunun partlaması nəticəsində 43 yaşlı kişi həyatını itirdi

Kürdəmirdə bədbəxt hadisə baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 43 yaşlı Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.

Ağır yaralanan R. Məmmədov ölüb.

Fakt araşdırılır.