Geri qayıt Çap et

United Airlines reysi dron riski ilə üzləşdi - San-Dieqoda gərgin anlar

United Airlines aviaşirkətinə məxsus təyyarə enişdən əvvəl pilotsuz uçuş aparatı ilə mümkün toqquşma riski barədə məlumat verib. Bu barədə CBS News xəbər yayıb.

Məlumata görə, San-Fransiskodan San-Dieqoya uçan Boeing 737 təyyarəsinin heyəti eniş zamanı, təxminən 1200 metr hündürlükdə drona bənzər obyekt müşahidə edib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) digər ekipajları da xəbərdar edib, lakin əlavə dron müşahidəsi qeydə alınmayıb.

United Airlines nümayəndəsi bildirib ki, təyyarə San-Dieqo beynəlxalq hava limanına təhlükəsiz eniş edib.

Təyyarədə olan 49 sərnişin və 6 ekipaj üzvü təyyarəni problemsiz tərk edib, texniki baxış zamanı isə heç bir zədələnmə aşkarlanmayıb.

DenMedia.az