Geri qayıt Çap et

Avstraliyada təyyarənin enişi faciə ilə nəticələndi

Avstraliyanın Adelaida şəhərində yerləşən Parafild hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə ABC Australia məlumat yayıb.

Hadisə 29 aprel gündüz saatlarında baş verib. Təyyarə eniş zamanı anqara çırpılıb, zərbədən sonra ərazidə yanğın baş verib, lakin yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına alıblar.

Qəza nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerindən təxliyə edilənlər arasında pilot-kursantların da olduğu bildirilib.

Hazırda yerli polis hadisənin bütün detallarını araşdırır və təyyarənin anqara çırpılmasına səbəb olan amillər müəyyənləşdirilir.

Cənubi Avstraliya ştatının baş naziri Piter Malinauskas həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə dəstək göstəriləcəyini bildirib.

DenMedia.az