Geri qayıt Çap et

İmişlidə 39 yaşlı qadın dəm qazından öldü

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
DenMedia.az xəbər verir ki, aprelin 28-i saat 02 radələrində rayonun 1987-ci il təvəllüdlü Qızılkənd kənd sakini Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.