Geri qayıt Çap et

Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan yaralandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı “Yeni Qəsəbə” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü Nicat Əliyev kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.