Geri qayıt Çap et

Paytaxtda bədbəxt hadisə: qadın pəncərə yuyarkən yıxılıb öldü

Bakıda qadın 6-cı mərtəbədən yıxılaraq həyatını itirdi.

Hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, 1985-ci il təvəllüdlü G. Zamanova evində pəncərə yuyarkən ehtiyatsızlıqdan yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

DenMedia.az