Geri qayıt Çap et

Bakıda faciə — 16 yaşlı yeniyetmə qəzada öldü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsində baş verib.

Məlumata görə, sürücü Murad Abaszadə yolu keçən 2010-cu il təvəllüdlü Emil Əliyevi vurub.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

DenMedia.az