Geri qayıt Çap et

Goranboyda elektrik cərəyanı can aldı

Goranboyda yeniyetmə elektrik cərəyanından həyatını itirib.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərində, dəmir yolu vağzalında baş verib.

İlkin məlumata görə, 2014-cü il təvəllüdlü S. Ramazanov qatarın üzərinə çıxarkən elektrik cərəyanı vurub və o, hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanıb.