Geri qayıt Çap et

Sumqayıtda zəncirvari qəza: Avtomobillər param parça oldu-VİDEO

Sumqayıtda 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Denmedia.az-ın məlumatına görə, hadisə şəhərin Babək və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.

Opel və 2 Mercedes markalı avtomobillər toqquşub.

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin PPX və DYPŞ-nin əməkdaşları, eləcədə təcili tibbi yardım cəlb olunub.

Qəzanın gücündən avtomobillər parçalara ayrılıb.

Ancaq xoşbəxtlikdən ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ellada Rəsul

Denmedia.az