Bakıda məktəbdə insident baş verib—şagird özünə xəsarət yetirib.
Məlumata görə, hadisə 23 aprel tarixində 145 nömrəli orta məktəbdə baş verib. VII sinif şagirdi məktəbin sanitar qovşağında özünə kəsici alətlə xəsarət yetirib.
Hadisə barədə məlumatı şagirdin sinif yoldaşları müəllimə və məktəb rəhbərliyinə çatdırıb.
Məktəbdən bildirilib ki, qıza dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım və valideynlər məlumatlandırılıb.
Hazırda şagirdin vəziyyətinin qənaətbəxş olduğu qeyd olunur.
İlkin məlumatlara görə, hadisəyə səbəb kimi şagirdin sinif yoldaşları tərəfindən təzyiqə məruz qalması göstərilir. İddialara əsasən, onun videosunun çəkilərək yayılması ilə bağlı hədələr olub.