Geri qayıt Çap et

Yeraltı təkanlar davam edir - Xəzərdə zəlzələ qeydə alındı

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqi Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələrdə Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə ümumilikdə 18 zəlzələ qeydə alınıb.

DenMedia.az