Geri qayıt Çap et

Sumqayıtda dəhşətli qəza: Sürücü hadisə yerində öldü-FOTOLAR

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Denmedia.az" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü, Gülməmmədov Zahid Qurban oğlu hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Ellada Rəsul

Denmedia.az