Geri qayıt Çap et

Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürdü

Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

DenMedia.az "Report"a istinadən xəbər verir ki, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.

İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.