Geri qayıt Çap et

İmişlidə canavarlar kəndə hücum etdilər

İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində baş verib.

Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.

Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir ki, olur.