Aprelin 18-də axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
“Denmedia.az” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məsələ ilə bağlı məktəb tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.
“Bu səbəbdən 20 və 21 aprel tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, - məlumatda bildirilib.
Qeyd edək ki, yayılan iddialarda məktəbin 7-ci sinif şagirdi müəllim və şagirdlərin həyatına təhdidlə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocağının bir neçə gün bağlı qalacağı bildirilib.