Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat verib.
Onun sözlərinə görə, Lənkəran rayonunun Xanbulan kənd sakini Rahim İbadov bir neçə gün əvvəl döyüşlər zamanı həyatını itirib. Bildirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Həlak olan şəxsin nəşi Rusiyadan gətirilərək Lənkəranda dəfn olunub.