Geri qayıt Çap et

Meksikada müəmmalı ölüm - ABŞ səfirliyinin iki əməkdaşı həyatını itirdi

Meksikada baş verən bədbəxt hadisə nəticəsində ABŞ səfirliyinin iki əməkdaşı həyatını itirib. Bu barədə Fox News, ABŞ-ın Meksikadakı səfiri Ronald Consona istinadən məlumat yayıb.

Diplomat faktı təsdiqləsə də, hadisənin detalları barədə açıqlama verməyib. Hazırda insidentin baş verdiyi yer və xarakteri məlum deyil.

Rəsmi şəxslər həlak olan əməkdaşların vətəndaşlığı barədə də məlumat paylaşmayıb.

ABŞ-ın Meksikadakı səfirliyinin iki əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub.

Hadisənin səbəbləri hələlik açıqlanmır. Faktla bağlı araşdırma başlanıb.

DenMedia.az