Geri qayıt Çap et

Almaniyada 3 minə yaxın vəhşi donuz radiasiyaya görə məhv edildi

Almaniyada 2025-ci ildə ovçular tərəfindən vurulan minlərlə vəhşi donuzda yüksək səviyyədə radioaktiv sezyum-137 aşkarlanıb.

Bu barədə Bild qəzeti məlumat yayıb. Bildirilir ki:

“Ümumilikdə 2927 vəhşi donuz, o cümlədən balaları, həddindən artıq radiasiya səbəbindən utilizasiya edilib.”

Məlumata görə, heyvanlar torpaqda toplanan təhlükəli izotopu daşıyan göbələk və bitkilərlə qidalandıqları üçün şüalanmaya məruz qalıblar. Sezyum-137 isə 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasından sonra hələ də torpaqda qalır.

Qeyd olunur ki, yüksək radiasiya fonu xüsusilə Bavariya, Baden-Vürtemberq, Reynland-Pfalz və Saksoniya federal torpaqlarında müşahidə olunur.

DenMedia.az