Geri qayıt Çap et

Şəmkirdə dərs zamanı məktəbdə güclü yanğın :Şagirdlər və müəllimlər təxliyə olunub...

Şəmkir rayon Nəriman Nərimanov adına Orta Məktəbin komputer otağında yanğın olub.

Denmedia.az-ın yerli bürosu xəbər veror ki, əaziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. 

Hadisə nəticəsində komputer otağında olan 30-a yaxın komputerlərdən 7 ədədi və bir neçə əşya yanıb.

Hadisənin qısaqapanma nəticəsində başverdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə baş vermiş yanğın zamanı xəsarət alan olmayıb:

"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır".-deyə açıqlamada qeyd olunub.