Geri qayıt Çap et

Neftçalada avtomobil piyadanı vurun öldürdü

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonun Kürqarabucaq kəndində baş verib.

Belə ki, avtomobil yolu keçmək istəyən kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.