Geri qayıt Çap et

Nigeriyada terrorçular 18 şagirdi naməlum istiqamətə apardı

Nigeriyanın cənub-şərqində yerləşən Benue ştatında naməlum silahlı qrup mikroavtobusa hücum edərək 18 məktəb məzununu girov götürüb. Bu barədə Channels telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

Hadisə Otukpo şəhəri yaxınlığındakı şossedə baş verib. Bildirilir ki, məktəblilər ali məktəblərə qəbul imtahanına getdikləri vaxt hücuma məruz qalıblar.

Hücum edənlər girovları naməlum istiqamətə aparıb. Təhlükəsizlik qüvvələri onların tapılması və azad edilməsi üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Nigeriya artıq uzun illərdir terrorla mübarizə aparır, lakin hücumlar hələ də davam edir. ABŞ son aylarda ölkəyə hərbi və texniki dəstək göstərir.

DenMedia.az