Geri qayıt Çap et

Siyəzəndə 1 yaşlı uşaq komadan ayılmadı

Siyəzəndə azyaşlı komaya düşərək ölüb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, şəhər sakini olan 1 yaşlı Nizami Cavid oğlu Səfərov aprelin 7-də yaşadığı evdən koma halında xəstəxanaya gətirilib.

Lakin görülən tədbirlərə baxmayaraq 5 gün sonra, yəni aprelin 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.