Geri qayıt Çap et

Sakit okeanda hərbi əməliyyat ölümə səbəb oldu

Sakit okeanda ABŞ hərbçilərinin gəmiyə zərbəsi nəticəsində 4 nəfər həlak olub.

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı əməliyyatın keçirildiyini təsdiqləyib.

Məlumata görə, gəmidə olan şəxslərin narkotik daşıdığı ehtimal olunur. Hadisə zamanı ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.

DenMedia.az