Geri qayıt Çap et

Bakıda 15-ci mərtəbədə kondisioner PARTLADI: usta yıxılıb öldü

Bakının Nəsimi rayonunda, 20 Yanvar küçəsində baş verən bədbəxt hadisə ölümlə nəticələnib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, 34 yaşlı Ömər Məhərrəmli kondisioner quraşdırarkən baş verən partlayış zamanı 15-ci mərtəbədən yıxılaraq həyatını itirib.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.”

Hadisə nəticəsində daha iki nəfər — 40 yaşlı kişi və 29 yaşlı qadın — xəsarət alıb, onlara yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.