Geri qayıt Çap et

Qazaxda 3 nəfər dəm qazından zəhərənib

Qazaxda 3 nəfər dəm qazından zəhərlənib

Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Qazax şəhəri, Bakı küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü M.Əhmədli onun bacısı 2014-cü il təvəllüdlü F.Əhmədli və onların xalası qızı olan 2007-ci il təvəllüdlü S.Bayramova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir. 

Qeyd edək ki, hadisədən həycanlanaraq özünü pis hiss edən, iki bacının anası, 1990-cı il təvəllüdlü L.Əhmədova da xəstəxanaya çatdırılıb. 


Faktla bağlı araşdırma aparılır.