Geri qayıt Çap et

Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var 

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində "Niva" və "Mitsubishi" markalı avtomobillər toqquşub.

Denmedia.az xəbər verir ki, nəticədə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü R.Bağırov və Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü R.Aslanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir. 

Qeyd edək ki, nəqliyyat vasitələrindən biri Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olub.

Faktla bağlı araşdırma aparılır.