Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel”lə toqquşub.
Nəticədə “Mercedes”də olan Sabirabad sakinləri – 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, həmçinin “Opel”in sürücüsü və sərnişini, 2000-ci il təvəllüdlü Səbuhi Həmidli xəsarət alıb.