Müğənni Ofeliya Şabanovaya ağır itki üz verib.
Sənətçinin uzun müddətdir xəstəxanada müalicə olunan qardaşı Nurməhəmməd Şabanov vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Nurməhəmməd Şabanov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və bir müddətdir müalicə alırdı.