Geri qayıt Çap et

Avstraliyada daşqın vəhşəti: timsahlar hər yeri bürüdü

Avstraliyanın Şimal Ərazisi güclü daşqınlarla üzləşib və vəziyyət daha da ağırlaşıb. Bu barədə AFP yerli polisə istinadən məlumat yayıb.

Şiddətli yağışlar həftəsonu regionu vurub. Ketrin şəhəri 1998-ci ildən bəri ən böyük daşqını yaşayıb. Nəticədə azı 90 ev işıqsız qalıb.

Polis rəisi Şon Gill bildirib ki, vəziyyət son dərəcə kritikdir və sakinləri xəbərdar edib:

“Vəziyyət bundan daha pis ola bilməz. Timsahlar hər yerdədir.”

Daşqınlar səbəbindən bölgədə timsahların “kütləvi yayılması” riski yaranıb. Uzaq yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üçün helikopterlər və təyyarələr cəlb olunub.

Qeyd edək ki, Şimal Ərazisi ölkənin ən az məskunlaşmış bölgələrindən biridir və tez-tez ekstremal hava şəraiti ilə üzləşir. Alimlər uzun müddətdir xəbərdarlıq edir ki, iqlim dəyişikliyi daşqınların, siklonların və meşə yanğınlarının intensivliyini artırır.

DenMedia.az