Geri qayıt Çap et

FHN dənizdə boğulan gənc qızı son anda xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Suda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq qızı xilas edilib.

DenMedia.az