Gəncədə qadın sürücü həmcinsini vurub
Denmedia.az xəbər verir ki, Gəncə şəhər ərazisində "KİA" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü X.Məmmədovanı vurub.
Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, avtomobilin sürücüsü qadındır. Qəzanın diqqətsizlikdən başverdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.