Goranboy sakini döyülüb və daha sonra bıçaqlanıb.
Bu barədə
Denmedia.az-ın yerli bürosuna məlumat verilib.
Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü T.Tanrıverdiyev mübahisə zəminində döyülüb, daha sonra üz nahiyəsinə bıçaq xəsarəti yetirilib.
Zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Mübahisənin səbəbləri və ona xəsarət yetirənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.