İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində vurulan İsrailə məxsus pilotsuz uçuş aparatı yaşayış ərazisinə düşüb.
Bu barədə Mehr агентliyi məlumat yayıb.
Hadisə nəticəsində yeddi yaşlı qız uşağı həyatını itirib, altı nəfər isə yaralanıb.
Pilotsuz aparat yerli vaxtla saat 21:00 radələrində İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Mənbədə vurğulanır ki, hücum elan olunmuş iki həftəlik atəşkəs dövründə həyata keçirilib.